İstanbuldan Bakıya uçan təyyarə güclü külək səbəbindən bir saat havada qaldı - VİDEO
10 Noyabr 2021 23:31 SosialBakıda müşahidə edilən əlverişsiz hava şəraiti bir sıra fəsadlarla yanaşı hava nəqliyyatında da problemlər yaradıb.
Olaylar.az ölkə.az-a istinadən xəbər verir ki, axşam saatlarında başlayan və gecəyə doğru sürətini artıran güclü külək İstanbuldan Bakıya uçan Türk Hava Yollarına məxsus təyyarənin hava limanına enməsinə mane olub.
Təxminən bir saat havada gözləyən təyyarə nəhayət eniş üçün imkan tapıb və salamat şəkildə Heydər Əliyev adına Hava Limanına düşüb.
Həmin görüntüləri təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31