Xəzər dənizində dalğanın hündürlüyü bu həddə çatdı - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti noyabrın 10-u saat 21.00-a qədər ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirlikdən  verilən məlumatına əsasən ölkə ərazisində hava şəraiti dəyişib, Şəki, Quba, Qusar, Şabran, Xınalıqda yağış yağıb, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

Küləyin maksimal sürəti Naftalanda 26 m/s, Gəncədə 24 m/s, Tovuzda 22 m/s, Nabran, Neftçala, Xaçmaz, Ağstafada 20 m/s, Altıağac, Ceyrançöldə 18 m/s, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 38 m/s, Maştağada 35 m/s, Qum adasında 32 m/s, Pirallahıda 30 m/s, Binədə 28 m/s, Neft Daşları, Çilov adasında 29 m/s, Ələt, Sumqayıtda 23 m/s- dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31