Maaş və pensiyaların nə qədər artırılacaq- RƏSMƏN AÇIQLANDI

Maaş və pensiyaların nə qədər artırılacağı məlum oldu

"2022-ci ildə 2021-ci ilə nisbətə ölkədə investisiya yatırımının artımı proqnozlaşdırılır".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ölkədə orta aylıq əməkhaqqının 2022-ci ildə 807 manat olması proqnozlaşdırılır. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə bildirib ki,  növbəti ildə yaşa görə əmək pensiyasının 358 manatdan 375 manata çatmasını gözlənir: "Cari ilin 10 ayında isə biz orta pensiyanın məbləğini 331 manat qiymətləndiririk. Növbəti ildə isə bu məbləğin artaraq 345 manata çatmasını gözləyirik"- nazir vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31