Bakının bənzərsiz memarlıq nümunəsi olan binalarından birinin üzərində Xarı bülbül əks olunub - FOTO

 

Paytaxtdakı bir sıra binalar Azərbaycan bayrağı ilə işıqlandırılıb.

Olayalar.az   xəbər verir ki, əzəli torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən şanlı qələbəmizin birinci ildönümü münasibətilə 8 noyabr - Zəfər Günündə Bakının müasir memarlıq nümunələri və tarixi binaları qələbə simvolu olan rəmzlərlə işıqlandırılıb.

Zəfər Günü İqtisadiyyat Nazirliyinin Heydər Əliyev prospektində yerləşən inzibati binasının üzərində də xüsusi işıqlandırma ilə Azərbaycan bayrağı və Xarı bülbül əks olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31