Heydər Əliyev Beynəlxalq Hava Limanı işini adi rejimdə davam etdirir
10 Noyabr 2021 19:46 SosialHava şəraitinin dəyişməsi və güclü küləyə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Hava Limanı işini adi rejimdə davam etdirir.
Bu barədə Trend-ə hava limanından bildiriblər.
"Aviareyslərin gəlişi və gedişində heç bir ləngimə yoxdur. Hava şəraitinin pisləşməsi və güclü küləyə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Hava Limanı öz işini, eləcə də təyyarələrin qəbulunu və yola salınmasını adi rejimdə davam etdirir" - deyə, aeroportdan bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31