Beynəlxalq narkoşəbəkənin üzvü həbs edildi

Beynəlxalq narkoşəbəkəyə daxil olan daha bir norkokuryer tutularaq istintaqa cəlb edilib. DİN-dən "Olaylar"a bildirilib ki, keçirilən intensiv əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə Sabunçu rayonu ərazisində saxlanılan Aydın Məmmədovun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 6 ədəd bağlamada satış üçün qablaşdırılan ümumi çəkisi 2 kiloqram 145 qram olan narkotik vasitə heroin və 130 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. O da müəyyən olunub ki, A.Məmmədov sosial şəbəkələrdə tanış olduğu və xarici ölkədən Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən şəbəkənin narkokuryerlik təklifi ilə razılaşaraq bu işlə məşğul olub. Bakı şəhərinin demək olar ki, bütün rayonlarında narkotik vasitələrin satışını həyata keçirən şübhəli şəxs beynəlxalq narkoşəbəkənin ölkə ərazisindəki əsas üzvlərindən biri hesab olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31