O, bütün dünyanın alimdir – Natiq Şirinov

Xalq artisti Natiq Şirinov oğlu Ümidin Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə ilə nişanlanmasından danışıb. 
Məşhur nağara ifaçısı " Günün sədası " proqramında qonaq olarkən gənclərin bir- birini sevərək nişanlandığını qeyd edib :
" Alim müəllimi salamlayıram . O , bütün dünyanın alimdir. Təşəkkür edirəm ki, bizi qırmadı . Balamız Fatiməni salamlayıram . Sözün düzü , gözləmirdim ki, bu olacaq . Sevinci bizimlə paylaşan hər kəsə təşəkkür edirik. Böyük sevgi ilə olan bir şeydir. İki gənc bir-birini sevirdi, alim müəllim də icazə verdi, nişanlandılar . Biz bu gün varıq, sabah yoxuq. Nələrəsə görə bu iş baş tutmayıb. Ailə sevginin üzərində qurular.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31