"Azəriqaz" Qubada sahibkarların problemini dinləyəcək
10 Noyabr 2021 13:25 Sosial"Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası bu dəfə Quba rayonunda təşkil olunacaq. "OLAYLAR"-a qurumdan daxil olan xəbərə görə, "Azəriqaz" İB-nin rəhbər şəxsləri rayonun Timiryazev qəsəbəsində (Müalice Diaqnistika Mərkəzinin qarşısı, Gənclər parkı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. "Səyyar qəbul otağı" noyabrın 11-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. "Azəriqaz" İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31