Fahişəxana peyvənd etdirən müştərilərinə pulsuz sauna kampaniyasına başladı, ilk yararlanan görün kim oldu - FOTO

Avstraliyada fahişəxanalardan biri peyvənd kampaniyasına başlayıb.

Olaylar bildirir ki, bu addımın atılmasına səbəb pandemiyadan sonra sözügedən məkanda müştərilərin sayının azalması olub. Belə ki, indiyədək əhalinin təxminən 65 faizinin peyvənd olunduğu ölkədə, vaksinsiz şəxslərin əyləncə məkanlarına daxil olmasını qadağan edən yeni qaydalar tətbiq edilib. Məhz bu səbəbdən, Viyana bölgəsində yerləşən fahişəxanalardan biri müştərilərinə koronavirus əleyhinə peyvənd vurdurmağa başlayıb. Kampaniyaya noyabr ayının 1-dən etibarən start verilib.

Gəlirlərini artırmağa çalışan məkan, həmçinin peyvənd etdirənlərə pulsuz 30 dəqiqəlik sauna təklif etmək qərarına da gəlib. Bu xidmətin normal şərtlərdə 40 avroya başa gəldiyi bildirilib. "Pandemiya səbəbindən müştərilərimizin sayında 50 faiz azalma qeydə alınıb. Bu təşəbbüslə onların sayını yenidən artıracağımıza ümid edirik", - deyə məkandan verilən məlumatda qeyd edilib.

Kampaniya çərçivəsində ilk vaksin vurduran şəxsin türk olması isə, diqqət çəkən məqamlardan olub.  30 yaşlı Erhan adlı şəxs qərarı dəstəkləyərək "əks halda, vaksin vurdurmazdım", - deyə əlavə edib.

(sfera.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31