Deputat şəhidin anım mərasiminə qatılıb

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı, Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun şəhidlik zirvəsinə yüksəkməsinin il dönümü Füzuli rayonun Babı kəndində qeyd olunub. Millət vəkili Vüqar Bayramov Şəhidin məzarını ziyarət edib. Ziyarət zamanı bütün şəhidlərimizin ruhlarına dualar oxunub. "Olaylar" xəbər verir ki, əslən Füzuli rayonu Aşağı Güzlək kəndindən olan və 1997-ci il aprelin 1-də Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində dünyaya göz açan Fəqan qısa və şərəfli həyat sürərək 23 yaşında qəhrəmancasına şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı olan Fəqan Zalov 9 noyabr 2020-ci ildə ci ildə üçtərəfli bəyanatın imzalanmasından 6 saat əvvəl Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq şəhid olmuşdur. Fəqan 2019-cu ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubleyi medalı ilə təltif olunmuşdur. Ölümündən sonra Fəqan Zalov "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Cəbraylılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunuşdur.

Allah bütün şəhidlərimizə rəhmət etsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31