Şəhid Arəstə Baxışovanın övladları və anası ilə bağlı üzücü xəbər

"Bu dəqiqə sistem altındayam. Koronavirus testimin cavabı müstbət çıxdı. Qaraciyərdən müalicə alıram. Heç qəhrəman anaya baxan yoxdur".

Olaylar.az  bildirir ki, bu sözləri Modern.az-a açıqlamasında şəhid Arəstə Baxışovanın anası Məktubə xanım deyib. Məktubə xanım hazırda Arəstə Baxışovanın övladları Mərdan və Zəhranın da səhhətinin pis olduğunu deyib:

Müalicə xərclərinin öz hesabına olduğunu bildirən Məktubə xanım "YAŞAT" Fonduna bir neçə gün öncə müraciət etdiyini qeyd edib:

"Bu gün zəngimə cavab verilib. Özüm "Bir kart"dan 500 manat çıxardıb kreditlə iynə-dərman almışam. Fonda dedim heç olmasa dərmanların puluna kömək etsin. Qızımın 600 manat pensiyasını uşaqların iynə -dərmanına vermişəm. Bəs bu uşaqlar nə yeyəcəklər? Çətin durumdayam, heç yerdən köməyim yoxdur. Dərmanların hamısı bahadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31