Paxıllıq hissi və onun doğurduğu mənfi nəticələr

Mənfi emosiya olan paxıllığın ikin əlamətləri ünsiyyətdən sonra əhvalın pisləşməsi, qəzəbin və hətta depressiyanın yaranmasıdır. Paxıllıq hissi  özünü baxış və davranışla büruzə verir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin prfessoruElmar Heseynov  deyib ki,  paxıllıq insanın sağlamlığına ciddi zərər yetirir. Belə ki, paxıllıq əsəb gərginliyinə səbəb olur, arterial təzyiqi qaldırır, həzm sisteminə və bir çox orqanların fəaliyyətinə mənfi təsir göstərir: "Bu hiss nəinki orqanizmə, psixologiyaya da təsirsiz ötüşmür. Paxıllıq hissi keçirən zaman insanda  pessimist baxış formalaşır və fikirləşməyə başlayır ki, kiminsə malik olduğu maddi və mənəvi dəyərlərə paxıllıq onu  geriyə aparır". 

Professor  bildirib ki, paxıllıq yalnız mənfi emosiyalar yaratmaqla kifayətlənmir. Onun sözlərinə görə, paxıllıq hissi ilə yaşayanlar başqalarının həyat və uğurlarını izləyərək öz enerjisini tükəndirir: "Paxıl adam pis niyyətlərini həyata keçirməyə də başlaya bilər. O, paxıllıq etdiyi adamın dalınca danışmağa, ona müxətlif pisliklər etməyə başlayır, hətta fiziki güc  tətbiq etməkdən də çəkinmir. Paxıllıq müxtəlif səbəblərdən yarana bilər.  Məsələn, kiminsə maaş və ya vəzifəsinin qaldırılması da paxıllığın yaranmasına səbəb ola bilər. Paxıl adam bunu qısqanclıqla qarşılayır, bunu ədalətsizlik kimi qiymətləndirir və bunların onun üçün edilməli olduğunu düşünür. O, əksər hallarda obyektivlik hissindən uzaq olur".

Psixoloqun dediyinə görə, bəzən  paxıllıq hissinin nədən qaynaqlandığını müəyyənləşdirmək çətin olur: "Paxıllıq hissi rahat yaşamağa imkan vermir. Bu zaman insan digərlərinin əhəmiyyətli olmayan xüsusiyyətlərinə görə də paxıllıq edir, özündə heç bir müsbət cəhət görmür. Həyatında hər şeyin yalnız pis olduğunu və olacağını düşünür. Paxıllıq hissi  insanın özünü sevməməsindən xəbər verir. Əgər insan bununla mübarizə aparmasa, bu hiss tədricən daha da güclənə bilər".

Professor hesab edir ki, paxıllıq hissi insanın özünə və ətrafdakılara mane olur: "Çox vaxt paxıllar ətrafdakılara tələ qurmaq haqqında düşünürlər. Tədricən onda  özündən daha üstün olanlara qarşı nifrət hissi formalaşır. Hər cür pisliklər etməkdən çəkinmirlər.  "Onlar  öz həyatını qurmaq, özünü mükəmməlləşdirmək əvəzinə başqalarının həyatlarına müdaxilə edirlər. Bu səbəbdən də paxıllıq hissi ilə  mütləq şəkildə mübarizə aparmaq lazımdır".  Paxıllıq hissindən uzaq olmaq  üçün insan öz mənfi cəhətləri, taleyi ilə  barışmalı, öz həyatında və xasiyyətində müsbət meyilləri  görməyi bacarmalıdır. Paxıllıq etməmək üçün həyatda ən kiçik uğurlara görə də sevinməyi öyrənmək lazımdır. Ətrafda baş verənlərə, kiminsə uğuruna xoş hisslərlə yanaşmaq  paxıllıq hissinin keçməsinə kömək edir. Çox vaxt paxıllıq insanın özünə qarşı qəzəb hissi nin ifadəsi kimi yaranır.  Kiməsə paxıllıq  etmək əvəzinə öz üstündə çalışmaq, konkrat məqsədə doğru addaımlamaq daha yzxşı nəticələr verir.  Daim öz üzərində işləmək bilik və təcrübəni arıtırmaq  qayğısına qalmaq lazımdır. Bu halda xoş olmayan məsələlər haqında fikirləşmək və  paxıllıq etmək üçün vaxt qalmayacaq",- deyə psixoloq fikrinə yekun vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31