“Anam hələ ərimi görməyib” - Flora Kərimovanın qızı
6 Noyabr 2021 11:51 SosialXalq artisti Flora Kərimova "Həmin Zaur" proqramında qonaq olarkən qızı Zümrüd canlı bağlantı ilə efirə qoşulub.
Olaylar.az xəbər verir ki, Zümrüd anası ilə tez-tez görüşə bilmədiklərini, F.Kərimovanın xaricə getmədiyini söyləyib:
"Bakıya keçən il gəlmişdim. Ailə qurandan sonra gələ bilmədim. Həyat yoldaşımla anam hələ də bir-birilərini görməyiblər. İnşallah, bu il düzələr. İndi Londonda yaşayıram. Burada psixoloq köməkçisi kimi işləyirəm. Bir neçə il təhsil aldıqdan sonra özüm psixoloq kimi çalışacam. Anamı Azərbaycandan qoparmaq çox çətindir. İstərdim ki, ya bura, ya da Almaniyaya qardaşımın yanına gəlsin".
Qeyd edək ki, Zümrüd əslən bakılı olan Britaniya vətəndaşı ilə evlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31