Murad Əməkdar artistin fikirlərini tənqid etdi

Əməkdar artist Gülbahar Şükürlünün boşanmanı pisləməsi ilə bağlı sözlərinə müğənni Murad Arifdən reaksiya gəlib.

Olaylar.az xəbər verir ki, Murad Axşam.az-ın instaqram səhifəsində paylaşılan yazıya bunları qeyd edib:

"Uğursuz nikahların travması boşanma travmasından daha böyükdür... Aqressiv mühit cəmiyyətə sağlam şəxsiyyət yetirə bilməz...".

Qeyd edək ki, G.Şükürlü "Əvvəl deyirdilər ki, qızın meyidi getdiyi evdən çıxsın, amma qayıtmasın. Qızlar bu sözü pisləyirdi. Ana nə etsin? Anadır, hər valideyn istəyir övladının xoş gününü görsün. Demir ki, səni öldürsünlər. Boşanmaq olmaz. Boşanmaq bizim mentalitetdə yoxdur, olmamalıdır. Övladlar travma alır. Sizin bir boşanmanız da övladlara pis gəlir" sözlərini söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31