Alimlər koronavirusun ağır formasından qorunmağın yolunu tapıblar
6 Noyabr 2021 10:13 SosialC vitamininin venadaxili yeridilməsi COVID-19-un ağır formasından qorunmağa və daha tez sağalmağa kömək edir.
Olaylar.az "Report"a istinadən bildirir ki, bu qənaətə beynəlxalq alimlər qrupu gəlib.
Alimlər 12 klinik sınaq apararaq C vitamininin qanda oksigen səviyyəsini artırmağa, iltihabı yatırmağa və sağalmanı sürətləndirməyə kömək etdiyini aşkar ediblər.
Məlumata görə, bir qram C vitamini 20 portağalda var, ona görə də maddənin venadaxili yeridilməsi özünü doğruldur. Bundan əlavə, xəstələrin 70-80 faizində qan plazmasında çatışmazlıq olduğu ortaya çıxıb.
Araşdırma müəlliflərinin fikrincə, C vitamini COVID-19-un ağır gedişini azaldır ki, bu da müalicə müddətini qısaltmağa və xəstəxana çarpayılarını boşaltmağa imkan verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31