NASA azərbaycanlı məktəblini mükafatlandırdı - VİDEO
5 Noyabr 2021 16:57 SosialABŞ-da təhsil alan həmyerlimiz NASA tərəfindən beynəlxalq sertifikata layiq görülüb.
Olaylar.az Xəzər TV-yə istinadən xəbər verir ki, Minnesota ştatında yaşayan 6-cı sinif şagirdi Sevda Məmmədovanın çəkdiyi rəsm "Tələbə Kosmik Uçuş Təcrübələri Proqramı" çərçivəsində 13-cü missiyada iştirak edən "Astronavtlar üçün sənət" yarışmasında qalib gəlib.
23 min 117 şagirdin arasından seçilən Sevda sertifikatla mükafatlandırıb. Həmyerlimizin çəkdiyi rəsm əsəri beynəlxalq kosmik mərkəzin 13-cü missiyasında iştirak edən astronavtların geyiminin üzərində yer alıb.
Sevda uğurunu Azərbaycana həsr etdiyini deyir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31