Aytac Əliyevanın bacısı da HƏBS OLUNDU
5 Noyabr 2021 16:29 SosialXəbər verdiyimiz kimi, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva barəsində olan dələduzluq faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə həbs edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, sabiq sədrin Aytac Əliyevanın bacısı İlknur Əliyeva da həbs olunub. Belə ki, onlar birgə qızıl alveri ilə məşğul olublar və bir neçə nəfərə qarşı dələduzluq ediblər.
Qeyd edək ki, A.Əliyeva Yeni Azərbaycan Partiyası (YAP) Gənclər təşkilatının sədr müavini və YAP Binəqədi rayon təşkilatının qadınlar şurasının sədri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31