Vidadi Muradov harada dəfn olunacaq?

Azərxalça ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.

Olaylar.az xəbər verir ki, bu barədə axar.az-a mərhumun yaxınları məlumat verib.

Vidadi Muradovun dəfn mərasimi hələ başlamayıb.
 
Qeyd edək ki, V.Muradov noyabrın 4-ü gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib. O, bir neçə gün öncə ağır xəstəliyi səbəbindən həbsdən azad edilərək, ev dustaqlığına buraxılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31