Azərbaycanda 5 yaşa qədər uşaqlara vaksin vurulacaq?

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanda 5 yaşa qədər uşaqlara COVID-19 əleyhinə vaksin vurulub-vurulmayacağı ilə bağlı məsələnin gündəmdə olub-olmamasına aydınlıq gətirib.

Olaylar.az-ın  məlumatına görə, o,  bildirib ki, bununla bağlı tövsiyə yoxdur:

"Tövsiyə var ki, uşaqlarda hər hansı xəstəlik varsa, risk qrupuna aiddirsə, onda həkimlərin məsləhəti ilə 12 yaşına qədər olan uşaqlara vaksin vurula bilər. Ümumilikdə uşaqlara COVID-19 əleyhinə vaksin vurulması nəzərdə tutulmayıb".

Qeyd edək ki, ABŞ-da 5 yaşına qədər uşaqlara vaksin vurulması tövsiyə edilir.Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanda 5 yaşa qədər uşaqlara COVID-19 əleyhinə vaksin vurulub-vurulmayacağı ilə bağlı məsələnin gündəmdə olub-olmamasına aydınlıq gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31