TƏBİB ləğv edilməli və Təcili yardım mərkəzi olan "103" xidmətində real islahatlar aparılmalıdır”-politoloq
4 Noyabr 2021 14:10 Sosial"Ölkədə səhiyyə sistemi və icbari tibbi sığorta bərbad vəziyyətdədir. Səhiyyə Nazirliyi və TƏBİB bu istiqamətdə fəaliyyəti demək olar ki, dağınıq və vətəndaşlara tibbi xidmətin göstərilməsində maraqlı deyillər". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin
sözlərinə görə, xüsusilə, təcili yardım xidməti ilə bağlı vəziyyət acınacaqlıdır. Zəng edirsən təcili yardım olan "103" xidmətinə həkim gəlir, ailənin və şəxsin səhhətinə deyil, ilk növbədə vətəndaşın pul verən olub olmadığını dəqiqləşdirir: "Əvvələcədən deəyəsən ki, həkim hörmətini edəcəm nə lazımdırsa yardım et, onda yardım edəcək. Əgər, heçnə deməsən, kasıb bir görkəmdə olsan bir ədəd tabletka verib gedəcəklər. Mütləq şəkildə səhiyyə sistemində islahatlar labüddür. Milli Cəbhə partiyası olaraq ölkə vətəndaşlarının tibbi xitmətinin yüksək səviyyədə təminini və tibbi sığortanın təkmilləşdirilməsini tələb edirik. Ölkədə səhiyyə sistemində acınacaqlı durumun gələn ildən aradan qaldırılması, real şəkildə vətəndaşa normal xidmətin təmini istiqamətdə real işlər görülməlidir. Ümumiyylə, TƏBİB ləğv edilməli və Təcili yardım mərkəzi olan "103" xidmətində real islahatlar aparılmalıdır".