Telman İsmayılovun həbsdən sonra ilk FOTOSU

 

Oktyabrın əvvəlində Monteneqroda saxlanılan və siyasi sığınacaq aldıqdan sonra istintaq təcridxanasından sərbəst buraxılan azərbaycanlı iş adamı Telman İsmayılovun yeni fotosu yayılıb.

Fotonu jurnalist Eynulla Fətullayev özünün feysbuk hesabında paylaşıb:

"Telman İsmayılovla Qarabağın azad olunmasının 1 illiyini qeyd edirik. Telman müəllimin evi  Azərbaycanın bayraqları ilə bəzədilib", - deyə o qeyd edib.

Qeyd edək ki, İsmayılova qarşı 2017-ci ilin noyabrında 2 nəfər moskvalı iş adamının qətlinin sifarişi ittihamı ilə cinayət işi açılmış və İnterpol xətti ilə axtarışa verilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31