Bakıda 14 yaşlı qızı  görün kimlər qaçırıbmış -  ŞOK TƏFƏRRÜAT

Noyabrın ayının 1-də paytaxtın Binə qəsəbəsi, Südçülük savxozu, Parniklər adlanan ərazidə 2007-ci il təvəllüdlü adını çəkə bilmədiyimiz yeniyetmə naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, yeniyetmənin qaçırılması ilə bağlı DİN-ə məlumat daxil olub, onun axtarışına başlanılıb.

Hadisə haqqında ətraflı məlumat almaq üçün Südçülük savxozu, Parniklər adlanan əraziyə yollandıq. Yeniyetmənin valideynləri müsahibə vermək istəməsələr də, övladlarının evdən çıxmasına səbəb olan şəxslərin tezliklə cəzalanmasını gözlədiklərini bildirdilər.

Yeniyetmənin anası deyir ki, övladının evdən çıxmasına səbəb olan ərazidə dini ayinlərin təbliği ilə məşğul olan qadın olub. Onun sözlərinə görə, həmin qadın yeniyetməni yoldan çıxarıb. Ərazidə yaşayan sakinlər isə deyir ki, yeniyetmə qız axşam saatlarında evdən çıxıb və naməlum qadın tərəfindən avtobus dayanacağına gedib. 

Üz tutduq dayanacağa. Ərazidəki fəaliyyət göstərən 160 saylı marşrutun dispeçeri deyir ki, axşam saatlarında ərazidəki avtobus sürücülərinə yeniyetmənin evdən çıxması ilə bağlı məlumat verilib: "Bizə məlumat saat axşam saat beş radələrində daxil olub. Biz də öz növbəmizdə yeniyetmənin axtarışları üçün tədbirlər gördük. Polislər bizə məlumat verdi, biz də bütün marşrut sürücülərinə dedik".

Hadisə barəsində Xəzər rayon polis idarəsinin 3 saylı polis şöbəsinə məlumat daxil olduğu anda polis əməkdaşları tərəfindən ciddi və təxirəsalınmaz tədbirlər keçirilib.

Yeniyetmə naməlum şəxslər tərəfindən qaçırılmasından 12 saat sonra tapılıb. Yeniyetmənin valideynləri övladlarının qısa zamanda tapılmasına görə 3 Saylı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürlərini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31