Bəs, toy olmayacaq?

Xəbər verdiyimiz kimi, aparıcı Şəhriyar Əbilov rəqqasə-aktrisa Oksana Rəsulova ilə 4 ildir evli olduğunu açıqlayıb.

Axşam.az  xəbər verir ki, gizli evlənən cütlüyün 3 yaşında oğlu da var. Onlar dəbdəbəli toy etməsə də, rəsmi nikaha girdiklərini bildiriblər.

Qeyd edək ki, Oksana daha əvvəl ailəli olsa da, bu, Şəhriyarın ilk nikahıdır. Əbilovun özünə toy edib-etməyəcəyi isə bilinmir. 

Oksana  bildirib ki, dostları onlara bunun üçün təkid edirlər:

"Toy etməyi heç düşünmürük. Bizim yerimizə dostlarımız çox düşünür. Heç bu haqda danışmamışıq. Dostlarımız deyir, sizin yerinizə toy edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31