“Mən onun ailəsinə çörək aparmasına yardım edəcəm “ – Vüsalə Əlizadə

Aparıcı Vüsalə Əlizadə xeyirxah əməli ilə diqqətləri öz üzərinə çəkib. " Bizimləsən " verilişində qonaq olan aparıcı yeni müğənniliyə başlayan Elnarə xanıma kömək edəcəyini bildirib :
" Mən ATV kanalının inanıb , səlahiyyət verdiyi aparıcısı olaraq  səsi, əziyyəti ilə  ailəsinə çörək aparmasına yardım edəcəm ". 
Bundan sonra efirə qatılan 22 yaşlı Əlixana da müalicə zamanı kömək edəcəyini deyib. Onun xəstəliyinə görə kövrələn Vüsalə Əlizadə göz yaşlarını saxlaya bilməyib. O tezliklə Əlixanın peşələr həkimlər tərəfindən müalicə olunaraq sağalacağını arzu edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31