“Biz Azərbaycanlı olduğumuzu qoruyub , saxlamağı bacarmalıyıq “- Nailə İslamzadə
3 Noyabr 2021 16:43 Sosial" Aparıcıların geyim məsələsi ciddi problemdir. Hər verilişin özünə uyğun geyimi olmaldır . Cəmiyyətdə də hər yerin öz geyimi olmalıdır. Açıq- saçıqlığa gəldikdə isə bunu müğənni edə bilər. Çünki səhnəyə çıxır, şou göstərir, obraz yaradır ".
Bu sözləri " Üzə düz " proqramında olarkən Əməkdar artist Nailə İslamzadə söyləyib. O həmkarlarına irad bildirərək bu sözləri də qeyd edib:
" Vallah bilmirəm, o aparıcılar atalarının, qardaşlarının yanında elə açıq- saçıq gəzirlər , bəlkə ona görə efirə elə çıxırlar . Bəlkə mənim bu sözüm kiminsə xətrinə dəyə bilər. Efir qarşısında olmaz. Ola bilər desinlər ki, bunu başqa ölkələr edir , amma bizdə bu qəbul olunmursa , biz bunu niyə edək ? Axı tamaşaçı istəmir. Biz Azərbaycanlı olduğumuzu qoruyub, saxlamağı bacarmalıyıq . Mənim azadlığım basgasinin azadlığının başlayan yerdə bitir. Mənim azadlığım kameranın o tərəfinə kimidir. Ondan sonra tamaşaçılar var. Necə biz onların azadlığını pozub , istəmədiyi şeyi onlara sırıya bilərik? ".
Qeyd edək ki, Nailə İslamzadə işlədiyi müddət ərzində "Xəbərlər" proqramının əsas aparıcılarından biri, dövlət bayramlarına həsr olunmuş proqramların və tədbirlərin, televiziyada çoxsəpkili verilişlərin aparıcısı, on il ərzində "Ailələr, talelər" verilişinin müəllifi və aparıcısı olmuşdur.