“Təki qeybətə mövzu olsun , qalan hər şey düzələr “- Nura Suri 

" Kim nə səhv edir , ya deyir şeytan yoldan çıxardı , ya da ki kruqu , zəmanə pisdi deyir. Yəni özündən başqa hamı günahkardır. Uşaqlarınıza düzgün tərbiyə verin , amma yox necə dəyişəcək ki beyniniz ? Valideynləriniz axı sizi də elə böyüdüb ". 
Bu sözləri müğənni Nura Suri öz sosial media üzərindən paylaşım edərək qeyd edib . 
Həmçinin o qiymətlərin və rüsumların qalxmasına da münasibət bildirib : 
" Hələ düzələ bilmirik . Boş yerə özümü yormayım. Qiymətlərin qalxması xəbəri Oksanin xəbərini üstələdi. Bir neçə gün hamı onları müzakirə edəcək. Təki qeybətə mövzulu qalan hər şey Allahın köməkliyi ilə düzələr . Bizimkilər ümidini Allahın , səhvini şeytanın ətəyinə ata- ata yaşayırlar . Bir də bəxt üzüyündəki kimi Rasim görəsən gecə arvadına nə alıb gətirib ? dərdini çəkə - çəkə bu həyatı hədərlə yaşayırlar ". 
Qeyd edək ki, son günlər sosial medianı Oksana Rəsulolava və Şəhriyar Əbilovun evlilik xəbərini gizlətməsi sarsıtmışdı. Həmçinin bu evli cütlüyün 3 yaşında Osman adlı oğlu da dünyaya gəlmişdir .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31