“Qızımın anasını, atasını da hamı tanıyır” Ayan Babakişiyeva
3 Noyabr 2021 14:24 Sosial" Mənim övladımın kimliyini bütün Azərbaycan bilir . Bu gün Selenanın şəkilini paylaşıram , hamı yazır ki, atasına necə oxşayır ".
Bu sözləri müğənni Ayan Babakişiyeva " Səhər Mərkəzi " proqramında qonaq olarkən deyib.
Sənətçi öz şəxsi həyatı haqqında məlumat verib :
" Onun atasını açıqlamağa ehtiyac yoxdu. Qızımın anasını , atasını da hamı tanıyır. Ayan zamanında bu addımı atıb , hər kəs bilir. Mənim üçün xoş bir hadisədir . Mən sevmişəm , aşiq olmuşam . Övladım eşq övladıdır . İstəyərək övladı dünyaya gətirmişəm . Selena ata və anasını çox sevir. Düşünürəm ki, xoşbəxt övladdır ".
Qeyd edək ki, Ayanın 2013- cü ildə idmançı Füzuli Musayevlə nikahından Selena adlı qızı dünyaya gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31