Yetkinlik yaşına çatmayanlara siqaret satan satıcı cəzalandırılıb

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam edir. DİN-dən "Olaylar"a bildirilib ki, Binəqədi rayon ərazisində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. Həmin satıcılar barəsində inzibati tənbeh tədbirləri tətbiq olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31