3 yaşında hər iki ayağını itirən, hazırda Türkiyədə yaşayan azərbaycanlı xanım DANIŞDI-VİDEO

3 yaşında hər iki ayağını itirən, hazırda Türkiyədə yaşayan azərbaycanlı xanımın maraqlı həyat hekayəsi

Vəfa Aktuz Gəncədə anadan olub. 3 yaşında Moskva şəhərində üzləşdiyi faciə nəticəsində hər iki ayağını itirib. Azərbaycan Müəllimlər İnstitutunu bakalavr, Sakarya Universitetini magistratura pilləsi üzrə bitirib. Hava limanında çalışan Mehmet Aktuzla elə hava limanında tanış olub və ailə qurub. Bu izdivacdan iki qız övladı dünyaya gəlib.

Türkiyədəki Azərbaycan diasporunun nümayəndəsi olan Vəfa Aktuz hazırda qardaş ölkədə yaşayan azərbaycanlı qadınlara və müalicə alan Vətən müharibəsi qazilərinə mənəvi-psixoloji dəstək göstərməklə məşğuldur. Onun maraqlı həyat hekayəsini "Diaspor TV"-nin hazırladığı süjetdən aşağıdakı link vasitəsilə izləyə bilərsiniz:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31