Zəfər günü ilə bağlı göz əməliyyatı aksiyası təşkil edilib

"Zəfər günü ilə bağlı göz əməliyyatlarımız davam edir. "Azərsun" holdinqin dəstəyi ilə 8 yaşlı Cəfərin 3 saata çəkən əməliyyatı Dünya Göz xəstəxanasında uğurla bitdi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamal Cəfərovun sözlərinə görə, bir çox həkimlər bu əməliyyatdan imtina etmişdi: "Bu çətin əməliyyatı yüksək peşəkarlıqla həyata keçirdiyi üçün Dünya Göz xəstəxanasına və uzman doktor Halil beyə təşəkkür edirik. Cəfəri də atası ilə birgə Sabirabada yola saldıq. Uğurlu xeyirli olsun!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31