Tələbələr üçün sosial yataqxanalar yaradılacaq

"Ali Təhsil haqqında" Qanunda əksini tapan vacib məsələlərdən biri də sosial yataqxanaların yaradılması məsələsidir. Ali məktəblərə qəbul olunan tələbələrin ən çox üzləşdiyi çətinliklərdən biri bununla bağlıdır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, hər il ali məktəbə qəbul olunan tələbələrin bir qismi təhsil haqqı ilə bərabər kirayə pulu da ödəməli olurlar:  "Hazırda bir sıra ali təhsil müəssisələrinin ümumiyyətlə yataqxanaları yoxdur, bir qisminin yataqxanası yararsız halda, bir qismi isə başqa təyinatla istifadə edilir. Bu isə imkanları zəif olan ailələrinin övladlarının ali təhsil almasında müəyyən çətinliklər yaradır. Ölkəmizdə sosial yataqxanaların yaradılması tələbələrin bu çətinliklərinin aradan qaldırılmasına ciddi təsir göstərəcək. Tələbələr sosial yataqxanaların imkanlarından istifadə etməklə təhsil xərclərini nisbətən azalda biləcəklər. Bu da öz növbəsində onlara təhsillərini uğurla davam etdirməyə şərait yaradacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31