“Gəlinim Gürcüstandan, Marneulidəndir... “ - Nadir Qafarzadə
2 Noyabr 2021 14:56 SosialSon zamanlar fəxri ad alması ilə bağlı gündəmdə olan Nadir Qafarzadə bu dəfə efirdə gəlinindən danışıb.
" Həmin Zaur " proqramında qonaq olan sənətçi bir müddət əvvəl nişanladığı oğlu Loğmanın gələcək həyat yoldaşından bəhs edib. İfaçı gəlininə bir sıra məsləhətlər verdiyini deyib:
" Gəlinim Gürcüstandan, Marneulidəndir. Ona demişəm qızım oğlumu sev, ona hörmət et. Təki hər zaman bir- birlərini sevsinlər. Xoşbəxt olsunlar. Biz qıraqdan baxib sevinib, onlara dəstək olaq . Bir də ona demişəm ki, başımızı uca et. Mənim nəinki öz gəlinimizə, hətta öz gəlinlərimizin hamısına deyirəm ki, gəldiyiniz ailənin başını uca edin".
Qeyd edək ki, Nadir Qafarzadənin oğlu Loğman 4 ildir ki, nişanlanıb. Toyun bu baş tutacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31