Moskvada hava şəraiti ilə əlaqədar olaaraq hava limanlarında 100 reys gecikdirilib, 29-u ləğv edilib

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Moskvada duman səbəbindən noyabrın 2-də, 100-dən çox reys təxirə salınıb, 29-u isə ləğv edilib.

Məlumata əsasən, Vnukovo hava limanında 75, Şeremetyevo hava limanında 49 reys, Jukovski və Domodedovo isə üç reys gecikdirilib. Domodedovoda 13, Şeremetyevoda 10 və Vnukovoda 6 reys ləğv edilib.

Noyabrın 2-də səhərə yaxın Moskvanı qatı duman bürüyüb. Fobos hava mərkəzinin aparıcı eksperti Mixail Leus TASS-a bildirib ki, dumanın təxminən səhər saat 11-ə kimi yox olacağı gözlənilir. Rusiyanın aviasiya idarəsi Moskvanın bütün hava limanlarının normal rejimdə işləməyə davam etdiyinə diqqət çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31