"Azəriqaz" Gədəbəydə “Açıq mikrofon” aksiyası keçirəcək
2 Noyabr 2021 12:08 SosialAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Gədəbəy rayonunun Dərəqumlu massivində "Açıq mikrofon" aksiyası keçirəcək.
"OLAYLAR"ın "Azəriqaz"a istinadən verdiyi məlumata görə, "Səyyar qəbul otağı" noyabrın 4-də, saat 11:00-dan 13:00-a qədər təşkil olunacaq, sakinlərin problem və təklifləri fərdi qaydada dinləniləcək.
Vətəndaşlar aksiyaın imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31