Milli-mənəvi dəyərlərimizin qorunması dövlətin prioritet istriqamətidir
2 Noyabr 2021 11:08 SosialPrezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı və Şamaxı şəhərlərinə səfər çərçivəsində Lahıcdakı Bədöyün məscidində və Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksində aparılan bərpa-təmir işləri ilə tanış olublar. "Olaylar"ın məlumatına görə, millət vəkili Ceyhun Məmmədov bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması, onlara diqqət və qayğının göstərilməsi, yeni dini ibadət ocaqlarının inşası, təmir və bərpası dövlət siyasətində prioritet istiqamətlərdən birini təşkil edir: "Bir dövləti güclü edən, ayaqda saxlayan həm də onun dəyərləridir. Gələcək dəyərlərini qoruyan, ona diqqət və qayğı göstərən dövlətlərindir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31