Toy da şəhidlərin ilindən sonra olsun, çox söz-söhbətlərə rast gəldik - Nigar Şabanova

Əməkdar artist Nigar Şabanova nişanlısı Xəyyamla rəsmi nikaha girsə də, toylarının olmama səbəbini açıqlayıb.

Axşam.az  xəbər verir ki, xanəndə "7 canlı" verilişində toysuz ərə getməsindən danışıb:

"Onu toya tələsdirmək istəmədim, çünki hərbiçidir. O da dedi ki, çox uzatmayaq, söz-söhbətlər olur. uzun müddətdir nişanlıyıq. Qayınanam və qayınatam Bakıda yaşamır. Xəyyam tək yaşayır. Ailələrin halallığı olmalıdır. Qərara gəlindi ki, nikah olsun. Toy da şəhidlərin ilindən sonra olsun. Bu ərəfədə çox söz-söhbətlərə rast gəldik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31