Mətbuat Şurasının təşəbbüsü ilə “Şərq” qəzetinin 25 illiyi ilə bağlı toplantı keçirilib
1 Noyabr 2021 20:01 SosialAzərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Şərq" qəzetinin 25 illiyi ilə bağlı toplantı keçirilib.
Tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib, "Şərq" qəzeti ölkədə alternativ fikrə ehtiyac duyulduğu bir zamanda yaranıb. Bu nəşr özünü daha müstəqil, daha tərəfsiz kütləvi informasiya vasitəsi kimi təqdim edib və mövcud dəst-xəttini qoruyub saxlamaqla ətrafına geniş oxucu auditoruyası toplayıb. Qəzet həmçinin fəaliyyətində klassik mətbuatımızın ənənələrinə sadiqliyilə populyarlaşıb, cəmiyyətin etibarlı söz tribunasına çevrilib. Bu statusun qazanılması illərin zəhmətinin bəhrəsidir. Ə.Amaşov "Şərq"in gələcəkdə daha uğurlu fəaliyyət göstərəcəyinə əminliyini vurğulayıb. O, Şuranın diplomunu "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlıya təqdim edib.
Sonda çıxış edən "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı rəhbərlik etdiyi nəşrin ötən 25 ildəki fəaliyyətinə verdikləri dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.