Elza Seyidcahan küsülü olduğu oğlu ilə gəlininin fotolarını paylaşdı- ALTINA BU SÖZLƏRİ YAZDI
1 Noyabr 2021 10:35 SosialƏməkdar artist Elza Seyidcahan oğlu Ələkbər və gəlini Xəyalənin yeni fotolarını yayımlayıb.
Olaylar.az xəbər verir ki, müğənni nəvəsi Akifin ad günü olduğunu bildirib.
"Atanı, ananı sevindir, onlara xidmət et. Bu xidmətin əvəzində minlərcə xeyir görərsən. Akif balamızın doğum günüdür. 2 yaşı tamam oldu. Şükür Allahımıza. Atalı-analı böyüsün, atası kimi əsgər getsin. Elza nənən sənə heyran olsun, Akif əfəndi" deyə, Elsa paylaşımına yazıb.
Qeyd edək ki, Seyidcahan və oğlu uzun müddətdir küsülüdür.

.jpg)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31