44 günlük Vətən mühariəsi sonrası tələbələri maraqlandıran sualları cavablandırdım - Ceyhun Bayramov - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetində (BDU) tələbələrə mühazirə oxuyub.

Bu barədə BDU məlumat yayıb.

Ceyhun Bayramov isə özünün tviterdəki hesabında bir neçə ali təhsil ocağının tələbələri ilə görüşdüyünü bildirib.

"Bu gün ölkəmizin 8 ali təhsil ocağından tələbələrlə çox səmimi və maraqlı görüşümüz oldu. 44 günlük Vətən mühariəsi sonrası Azərbaycanın xarici siyasəti barədə tələbələri maraqlandıran sualları cavablandırdım", - C.Bayramov yazıb.

Nazir görüşə ev sahibliyi edən BDU-ya təşəkkür edib.

Ceyhun Bayramov BDU-da tələbələrə mühazirə oxuyub - FOTO

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31