Anar Ağakişiyev atası ilə niyə görüşmür?

Stilist Anar Ağakişiyev Azərbaycan şou-biznesini tənqid edib.

Olaylar.az  xəbər verir ki, stilist bu haqda "Özəl" proqramında danışıb. O, "Türkiyədəki şou-biznesi ilə Azərbaycandakı arasında nə fərq var" sualına belə cavab verib:

"Yerlə göy qədər fərq var. Azərbaycan şou-biznesində şou, biznes yoxdur. Hamı bir-birinə paxıllıq edib. Dörd-beş bizi dünyada təmsil edən ifaçı var: Röya Ayxan, Tünzalə Ağayeva".

Anar ilk dəfə atasından danışıb. O bildirib ki, atası ilə gec-gec görüşür:

"Xaricdə yaşayır, on ildə bir dəfə görüşürük. Bura ilə də əlaqəsi olur. Üç ölkə arasında gedib-gəlir. Bir növ mənim peşəm onun xoşuna gəlmir. Heç nəyə ehtyacı yoxdur, maddi baxımdan çox yaxşıdır durumu. valideynlərim həkim olmağımı istəyirdi. Dedim ki, həyata bir dəfə gəlirik, hansı peşəni istəyirəm, orada çalışacam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31