Həbsdə olan sabiq icra başçısı apellyasiya şikayəti verdi

Yevlax rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

Bunu Olaylar.az-a açıqlamasında sabiq başçının vəkili məlumat verib. O bildirib ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinə təqdim edilib.

Apellyasiya şikayətinə baxılacaq vaxt hələlik müəyyən edilməyib.

Xatırladaq ki, saxlanıldığı istintaq təcridxanasında Q. Səmədovun səhhəti pisləşdiyindən onun barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək istintaq dövründə azadlığa buraxılmış, Mərkəzi Klinik Xəstəxanasında ağır ürək əməliyyatı keçirmişdi.

Əməliyyatdan sonra isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q. Səmədov 7 il 3 ay azadlıqdan məhrum edilibvə məhkəmə zalında həbs olunub. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31