Bakı Olimpiya stadionu qardaş ölkənin bayrağı ilə işıqlandırıldı

Türkiyənin Cümhuriyyət Günü münasibətilə Bakı Olimpiya Stadionu (BOS) bu ölkənin bayrağı ilə işıqlandırılıb.

Şəhərin müxtəlif yerlərindən stadionun üzərində olan Türkiyə bayrağını izləmək mümkün olub.

İşıqlandırma Bakı Olimpiya Stadionu tərəfindən həyata keçirilib.

Qeyd edək ki, oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin yaradıldığı gündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31