Gömrük Komitəsindən avtomobil və telefonların dövlət rüsumu ilə bağlı VACİB AÇIQLAMA
29 Oktyabr 2021 16:59 SosialGömrük Komitəsi avtomobil və telefonlarla bağlı dövlət rüsumu məsələsinə aydınlıq gətirib.
Olaylar.az-ın məlumatına görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov deyib ki, bəzi sosial şəbəkə istifadəçiləri xaricdən gətirilən avtomobillərin və mobil telefonların qeydiyyatı zamanı tələb olunan dövlət rüsumunun artımını gömrük ödənişlərinin artırılması kimi qələmə verir.
"Dövlət Gömrük Komitəsi bildirir ki, gömrük ödənişlərində hər hansı artım yoxdur və qeyd olunan məsələ gömrük orqanlarının fəaliyyət sahəsinə aid deyil", - deyə qurum rəsmisi əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31