İki yeni medal təsis edildi
29 Oktyabr 2021 15:13 SosialMilli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)" yubiley medalının və "Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Olaylar xəbər verir ki, layihəyə əsasən Dövlət Gömrük Komitəsinin 30 illiyi ilə bağlı yubiley medalı təsis edilir.
Layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31