Özbaşına dərman qəbulu böyük fəsadlar yara bilər -RƏSMİ
29 Oktyabr 2021 15:07 SosialHəkim tövsiyəsi olmadan dərman vasitəsi istifadə etmək təhlükəlidir.
Olaylar.az bildirir ki, bunu "Dərman təhlükəsizliyi və farmakonəzarət" mövzusunda çıxışında TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev bildirib.
Onun sözlərinə görə, COVID-19 pandemiyası dövründə xəstələr stasionar şəraitdə də dərman qəbul edirlər: "Bu zaman həkim nəzarəti olduğu üçün ciddi əlavə təsirlər müşahidə edilmir. Ancaq bəzən insanlar özləri antiviral, ineksion və digər vasitələrlə dərman qəbul edirlər. İneksion dərman vasitələrinin qəbulu hətta ölümə səbəb ola bilər. İnsanlar özbaşına dərman vasitələrinin qəbul edilməsindən çəkinməlidirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31