“ Mən səni sevirəm “ adlı ifamla yemek yeyir- Zamiq Hüseynov
29 Oktyabr 2021 14:04 Sosial" Balaca məndən qorxurdu, indi yox. Mənlə hər cür zarafat edir. "Mən səni sevirəm " adlı ifamla yemek yeyir. Deyir ki, mən nə edirəm , sən də onu təkrarla. Hərdən hardasa oturanda, tez dururam ki, yatmamış onu görüm. Dostlarım deyir ki, evdən qorxursan, nə olub? Deyə bilmirəm ki, uşaq üçün darıxıram .
Belə ki, bu sözləri müğənni Zamiq Hüseynov " Şəhər mərkəzi " verilişində deyib. Oğlu Zeyndən danışan sənətçi oğlu ilə bağlı olan sualları cavablandırıb.
Qeyd edək ki, müğənni 2 dəfə ailə həyatı qurub . İkinci dəfə ailə qurduğu evlilikdən 2019- cu ildə oğlu Zeyn dünyaya gəlib.
Həmçinin müğənni sosial şəbəkədə yazılan mənfi rəylərə də öz münasibətini bildirib:
" Heç vaxt bu cür rəylər kefimi pozmur. Yazılar boyunu şəkillərdə uzadır. Elə deyil, fotonu düzgün şəkildə çəkirəm ".
Müğənniyə " Havayı pullar qazanır " şərhi barədə sual verildikdə əsəbləşərək bu cür reaksiya verib :
" Bu söz məni yandırır . Bu sözləri uşaq yazır bir yana, böyüklər necə deyə bilər ? Hamı çətinlik çəkib. Amma ən pisi də məndə olub. Oradan gəlib bu zirvəyə çıxmaq böyük xoşbəxtlik və əziyyətdir. İllərlə, günlərlə nə öyrən, başını daşa vur, bu zirvəyə gəl. Sənə belə yazsınlar " .