Dövlət Gömrük Komitəsinin 30 illiyi ilə bağlı yubiley medalı təsis ediləcək

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)" yubiley medalı və "Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı təsis ediləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)" Azərbaycan Respublikasının yubiley medalının və "Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31