Diaspor üzvləri Antalya Qəzetçilər Cəmiyyətini ziyarət edib
29 Oktyabr 2021 13:28 SosialAntalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin İdarə Heyətinin üzvləri Antalya Qəzetçilər Cəmiyyətinin yeni seçilmiş sədri İdris Taşla görüşüblər. Dərnəkdən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, Antalya Qəzetçilər Cəmiyyətinin ofisində baş tutan görüşdə Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin üzvləri İdris Taşı sədr seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıblar.
Antalya Azərbaycan Kültür və D
ayanışma Dərnəyinin sədri Ceyran Səttarova rəhbərlik etdiyi qurumun adından İdris Taşa "Qarabağ həqiqətləri" kitabı və Azrbaycan bayrağı hediyyə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31