Dadaşlinskinin verilişində bığ eyhamı - VİDEO
29 Oktyabr 2021 11:54 Sosialİctimai TV-də yayımlanan 3D proqramında Azərbaycan Hava Yollarının (AZAL) prezidenti Cahangir Əsgərovun bığ məsələsinə eyham vurulub.
Olaylar.az xəbər verir ki, proqramın obrazlarından olan Əziz telefonla danışaraq bığa qulluqdan danışıb:
"Bizim qazancımız satışdan deyil, ona qulluqdandır. Heç nə qalmayıb. Bircə axırıncı idi, o da satıldı getdi. İstəyirsinizsə, mən sizi növbəyə yazım. Siz 777-ci adamsınız, sizi qeyd edim. Hazır olanda hara göndərim? Ora bir az uzaqdır. Təyyarə göndərəcəksiniz. Oldu, başa düşdüm", - deyə o söyləyib.
Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və AZAL-ın baş direktoru Cahangir Əsgərov arasında maraqlı söhbət olub.
Ərdoğan Cahangir Əsgərovu göstərərək, zarafatla "onun bığı vardı, indi yoxdu" deyib. Prezident İlham Əliyev isə gülərək, "bığı tökülüb" deyə cavab verib.
Xatırladaq ki, 3D verilişinin aparıcısının adı Dadaşlinski Dadaş Dadadş oğludur.