Bakıda koronavirusa görə bağlanan məktəbdə dərslər bərpa olundu

Koronavirusa görə Bakıda distant təhsilə keçən 245 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "OLAYLAR"-a verilən məlumata görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti oktyabrın 29-da başa çatıb.

Qeyd olunub ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31